Jurnalistlər yaşadıqları binada işıqsız qaldılar - SƏBƏB

Jurnalistlər yaşadıqları binada işıqsız qaldılar - SƏBƏB Qəza nəticəsində jurnalistlərin binalarında elektrik enerjisi kəsilib
Energetika
416
17 Aprel , 2020 11:09
Jurnalistlər yaşadıqları binada işıqsız qaldılar - SƏBƏB
0 : 00
0 : 00

Bu gün səhər saatlarında "Jurnalistlərin binası"nda elektrik enerjisinin təchizatı dayanıb. 

Faktı "Report"a təsdiq edən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, kəsintiyə səbəb texniki qəzadır:

"Səbail rayonu ərazisində "Azərişıq" ASC-yə məxsus yüksəkgərginlikli xətdə texniki qəza baş verib. Nəticədə həmin xətdən qidalanan 3 yarımstansiyada (102,105 və 108 saylı) elektrik enejisi təchizatı dayanıb.

Həmin yarımstansiyalardan ikisi də Bayıl ərazisində yerləşən jurnalistlərin binalarını elektrik enejisi təchizatı ilə təmin edir. Hazırda əməkdaşlarımızdan ibarət bir neçə briqada ərazidə çalışır. Qarşıdakı saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq".

Son xəbərlər

Orphus sistemi