Qeyri-OPEC ölkələrindən neft tədarükü proqnozu dəyişdirilib

Qeyri-OPEC ölkələrindən neft tədarükü proqnozu dəyişdirilib OPEC 2020-ci ildə təşkilata üzv olmayan ölkələrdən gündəlik neft tədarükünün artımına dair proqnozunu 0,49 milyon barel azaldaraq 1,76 milyon barelə endirib.
Energetika
11 mart 2020 13:57
Qeyri-OPEC ölkələrindən neft tədarükü proqnozu dəyişdirilib

OPEC 2020-ci ildə təşkilata üzv olmayan ölkələrdən gündəlik neft tədarükünün artımına dair proqnozunu 0,49 milyon barel azaldaraq 1,76 milyon barelə endirib.

“Report” bu barədə OPEC-in mart ayına dair hesabatına istinadən xəbər verir.

“Hasilata dair proqnoz əsasən Rusiya, Tailand, İndoneziya və Omanla bağlı artırılıb, ABŞ, Meksika, Kolumbiya, Çin, Malayziya, Azərbaycan, Norveçlə bağlı isə azaldılıb”, - sənəddə qeyd olunur.

Son xəbərlər

Orphus sistemi