Yuxarı
    Bağlamaq

    Qeyri-OPEC ölkələrinin 10 dekabr toplantısı ertələnə bilər

    OPEC gündəlik hasilatı artıq 1,7 mln. barel azaltmağa məcburdur

    Bakı. 9 dekabr. REPORT.AZ/ OPEC təşkilatına üzv olmayan ölkələrin sabah, dekabrın 10-da keçirilməsi planlaşdırılan sammiti texniki səbəblərdən bir müddət ertələnə bilər. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bazarda yayılan şayiə dünən neftin qiymətində volatilliyi artırıb. Lakin daha sonra Rusiya Energetika Nazirliyi tərəfindən görüşün planlaşdırıldığı tarixdə - dekabrın 10-da keçiriləcəyi təsdiqlənib.

    "Bloomberg" agentliyinə görə, yayılan şayiələrin əsasını təşkil edən səbəb Rusiyanın OPEC-in neft hasilatını azaltması proqramına şübhə ilə yanaşması olub. Belə ki, Rusiya tərəfi OPEC-ə hasilatı necə azaldacağı ilə bağlı məlumat verməsini tələb edəcəyi gözlənilir. Belə ki, noyabrda OPEC hasilatı oktyabr ayı ilə müqayisədə təxminən 0,5 mln. barel/gün artıraraq 34,16 mln. barel/günə çatdırıb. Rusiya tərəfi isə bildirib ki, o öz növbəsində hasilatını daha əvvəl razılaşdırıldığı kimi gündəlik 300 min barel o zaman azaldacaq ki, OPEC hasilatı 32,5 mln. barel/günə qədər azaltsın. Yəni, hazırda OPEC hasilatı 1,2 mln. barel/gün deyil, 1,7 mln. barel/gün azaltmalıdır ki, hasilat daha əvvəl razılaşdırılan səviyyəyə enə bilsin. Bu səbəbdən sabahkı sammitin gərgin keçəcəyi bildirilir.

    "Report"un analitik qrupu bildirir ki, sabahkı görüşdə hər hansı problem yaranarsa, neft qiymətləri kəskin azalaraq 45 dollar/barelə qədər geriləyə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi