Qətərlə İranın yaxınlaşması nefti kəskin bahalaşdıra bilər

Qətərlə İranın yaxınlaşması nefti kəskin bahalaşdıra bilər Bu ölkələr dünya neft tədarükünün 30%-nin cəmləşdiyi Ormuz boğazına nəzarət edirlər
Energetika
6 İyun , 2017 12:01
Qətərlə İranın yaxınlaşması nefti kəskin bahalaşdıra bilər

Bakı. 6 iyun. REPORT.AZ/ Qətərin İranla gözlənilməz yaxınlığı nəticəsində 6 ərəb ölkəsinin rəsmi Doha ilə diplomatik münasibətlərini kəsməsi ilə başlayan Yaxın Şərq böhranı hələ ki, dünya bazarında nefti bahalaşdırmayıb, amma bunun baş verəcəyi, qiymətin kəskin artacağı istisna edilmir. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda münaqişədə iştirak edən ölkələr Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzrə məcmu hasilatının 53%-i təmin edir. Odur ki, münaqişənin kəskinləşməsi neftin qiymətinə mənfi təsir edə bilər. 

Doğrudur, Qətər gündəlik 0,6 mln. barel neft hasi edir və bu ölkənin əmtəə birjalarında vəziyyətə təsir imkanları məhduddur. Amma Qətər və İran dünya neft tədarükünün 30%-nin cəmləşdiyi Ormuz boğazına nəzarət edirlər və Qətər OPEC- tərk edə bilər. 

Ekspertlər münaqişənin OPEC ölkələrinin neft hasilatının həcmini azaltmaq barədə Vyana (Avstriya) anlaşmasına mənfi təsir edəcəyinə inanmırlar. Onların fikrincə, OPEC ölkələri arasındakı belə gərgin münasibət çoxdan adiləşib. 

Son xəbərlər

Orphus sistemi