Yuxarı
    Bağlamaq

    Qətər boykotlara baxmayaraq OPEC anlaşmasına sadiq qalacağını bildirib

    OPEC+ anlaşması üçün Qətər tərəfindən heç bir risk yoxdur

    Bakı. 11 iyul. REPORT.AZ/ Qətər ötən ilin dekabrında razılaşdırılan və bu ilin may ayında müddəti 9 ay uzadılan OPEC və ona üzv olmayan neft hasil edən ölkələrin hasilatı azaltmaq barədə anlaşması çərçivəsində üzərinə götürdüyü öhdəliyinə əməl edəcəyini bildirib. 

    "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya energetika naziri Aleksandr Novak qətərli həmkarı Məhəmməd bin Saleh as-Səda ilə XXII Dünya Neft Konqresi zamanı görüşündən sonra verib. 

    Rusiyalı nazirin sözlərinə görə, əs-Səda Qətərin anlaşmaya sadiq qalacağını deyib və burda heç bir risk görmədiyini bildirib.

    Qeyd edək ki, bu ilin iyun ayının 5-də Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərlə diplomatik münasibətləri kəsmək qərarı alıblar. Daha sonra onlara Yəmən, Liviya, Mavritaniya, Komor adaları, Maldivlər və Mavrikiy qoşulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi