Yuxarı

“Qərbi Abşeron” yatağında yeni quyu qazılır

Quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 23 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə “SOCAR AQŞ” birgə müəssisəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 860 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi