Yuxarı
    Bağlamaq

    “Qərbi Abşeron” yatağında yeni quyu qazılır

    Quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur

    Bakı. 10 avqust. REPORT.AZ/ “Qərbi Abşeron” yatağında 54 nömrəli stasionar dəniz özülündən 36 nömrəli quyuda qazma işlərinə başlanılıb.

    Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

    Məlumata görə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Trestinin Qirməki Lay Dəstəsinə qazdığı quyunun layihə dərinliyi 770 metrdir.

    Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi