Yuxarı
    Bağlamaq

    ''Qərbi Abşeron'' yatağında yeni quyu istismara verilib

    Quyu sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib

    Bakı. 22 dekabr. REPORT.AZ/ Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 29 nömrəli quyu qazmadan sonra istismara verilib.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, quyu qirməki lay dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə (769-651 metr intervaldan) sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

    Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi