“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib Quyu gündəlik 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
19 İyun , 2017 11:50
“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

Bakı. 19 iyun. REPORT.AZ/ “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 32 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, quyu Qirməkialtı Lay Dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul verib, 678-726 metr intervaldan gündəlik 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi