“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib Quyu 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
26 Aprel , 2017 14:59
“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

Bakı. 26 aprel. REPORT.AZ/ “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 31 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) quyu Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 684-675 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi