“Qərbi Abşeron” yatağı üçün yeni platforma tikilib

“Qərbi Abşeron” yatağı üçün yeni platforma tikilib Platformada qazılacaq quyuların hər birindən sutkada 10-20 ton neft hasil ediləcəyi proqnozlaşdırılır
Energetika
30 May , 2017 17:37
“Qərbi Abşeron” yatağı üçün yeni platforma tikilib

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağında ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında yeni 54 saylı stasionar dəniz platformasının tikintisini başa çatdırıb.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 3 480 kv. metr, çəkisi isə 2 110 tondur. İstehsalat və yaşayış sahələrindən ibarət platforma 9 dayaq bloku üzərində yığılıb, ətraf mühitin və əməyin mühafizəsi üzrə bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib. 4 minik və 7 yanalma meydançası, kabel xidmət meydançası, yaşayış bloku, 9 aralıq seksiyası, 2 piyada körpüsü, eləcə də çirkab suları üçün 9 müxtəlif tutumlu çən, 4 lafet doru, 2 boruyığma meydançası və digər zəruri avadanlıq quraşdırılıb, svaylar vurularaq sementlənib. Qaynaq və bərkitmə işləri başa çatdırılıb, platforma yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilib.

Qeyd edək ki, dənizin 13,5 metr dərinliyində yerləşən platformada qazılacaq quyuların hər birindən sutkada 10-20 ton neft hasil ediləcəyi proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi