"Qazprom" və SOCAR Azərbaycana qaz tədarükü ilə bağlı danışıqlar aparıb

"Qazprom" və SOCAR Azərbaycana qaz tədarükü ilə bağlı danışıqlar aparıb Danışıqlar iyunun 2-də Sankt-Peterburqda baş tutub
Energetika
2 İyul , 2017 18:56
Qazprom və SOCAR Azərbaycana qaz tədarükü ilə bağlı danışıqlar aparıb

Bakı. 2 iyul. REPORT.AZ/ SOCAR prezidenti Rövnəq Abdullayev Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller ilə Azərbaycana təbii qaz tədarükünü müzakirə edib.

"Report" "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Qazprom"un mətbuat xidməti məlumat yayıb.

Danışıqlar iyunun 2-də Sankt-Peterburqda baş tutub.

"Görüş iştirakçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət, xüsusilə, Azərbaycana təbii qaz tədarükündən gedib", - deyə məlumatda bildirilir.

"Qazprom" 2000-ci ildən 2006-ci ilədək Azərbaycana qaz tədarük edib. Lakin "Şahdəniz" yatağının istismara verilməsindən sonra Azərbaycan Rusiyadan qaz alışını dayandırıb.

Son xəbərlər

Orphus sistemi