“Qazprom”un xalis mənfəəti 35% azalıb

“Qazprom”un xalis mənfəəti 35% azalıb Rusiya şirkətinin xalis borcu isə I yarımillikdə 19% artaraq 2,3 trln. rubla çatıb
Energetika
30 avqust 2017 11:31
“Qazprom”un xalis mənfəəti 35% azalıb

Bakı. 30 avqust. REPORT.AZ/ Bu ilin ilk yarısında Rusiyanın “Qazprom” şirkətinin xalis mənfəəti 34,8% azalaraq 408,05 mlrd. rubl təşkil edib.

“Report” xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.

Hesabat dövründə səhmdarlara aid mənfəət isə 37,2% azalaraq 381,35 mlrd. rubl olub. Bu ilin II rübündə şirkətin xalis mənfəəti 5,1 dəfə azalaraq 47,893 mlrd. rubl təşkil edib.

İlk yarımillikdə “Qazprom”un gəlirləri 4,8% artaraq 3,21 trln. rubla, II rübdə isə 5,1% artaraq 1,395 trln. rubla çatıb. Şirkətin satışdan mənfəəti 17,2% artıb və 484,3 mlrd. rubl olub.

İlin birinci yarısında “Qazprom”un xalis borcu 19% artaraq 2,292 trln. rubl təşkil edib.

Son xəbərlər

Orphus sistemi