“Naftogaz” rəhbəri: “Qazprom” Ukrayna müəssisələrinə birbaşa qaz göndərə biləcək"

“Naftogaz” rəhbəri: “Qazprom” Ukrayna müəssisələrinə birbaşa qaz göndərə biləcək" Gələn ildən Ukrayna qaz bazarında Avropa qaydaları tətbiq olunandan sonra Rusiyanın “Gazprom” dövlət qaz şirkəti də bazara daxil olaraq ölkənin müəssisələrinə birbaşa qaz tədarük edə biləcək.
Energetika
9 Oktyabr , 2019 15:51
“Naftogaz” rəhbəri: “Qazprom” Ukrayna müəssisələrinə birbaşa qaz göndərə biləcək

Gələn ildən Ukrayna qaz bazarında Avropa qaydaları tətbiq olunandan sonra Rusiyanın “Gazprom” dövlət qaz şirkəti də bazara daxil olaraq ölkənin müəssisələrinə birbaşa qaz tədarük edə biləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Naftogaz” Milli neft qaz şirkətinin sədri Andrey Kobolev Kiyev şəhərində keçirilən qaz forumunda bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak Ukraynadakı qaz sənayesinə dair qanunların Avropa standartlarına uyğunlaşdırıldıqdan sonra bu ölkəyə qaz tədarük etməyə hazır olduqlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi