“Qazprom” Türkiyəyə qaz ixracını 23% artırıb

“Qazprom” Türkiyəyə qaz ixracını 23% artırıb Uzaq xaric ölkələrinə şirkətin qaz ixracının həcmi 11% artaraq 149 mlrd. kubmetrə çatıb
Energetika
17 Oktyabr , 2017 16:47
“Qazprom” Türkiyəyə qaz ixracını 23% artırıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Rusiyanın “Qazprom” şirkəti bu il yanvarın 1-dən oktyabrın 15-dək Türkiyəyə qaz ixracının həcmini 23,4%, yaxud 4,2 mlrd. kubmetr artırıb.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd olunub ki, hesabat dövründə Yunanıstana qaz ixracının həcmi 14,1%, Bolqarıstana 8,6%, Macarıstana 26,3%, Serbiyaya 29,7% artıb.

Ümumilikdə isə uzaq xaric ölkələrinə şirkətin qaz ixracının həcmi 10,9% artaraq 148,6 mlrd. kubmetr təşkil edib.

Son xəbərlər

Orphus sistemi