Yuxarı

​"Qazprom" Türkiyənin istəyini rədd edib

Aleksey Miller: Əlavə ancaq 2 mlrd. kubmetr nəql edə bilərik

Bakı. 9 oktyabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" dövlət şirkəti Türkiyənin "Mavi axın" boru xətti vasitəsilə əlavə 3 mlrd. kubmetr qaz almaq istəyini qəbul etməyib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Qazprom"un rəhbəri Aleksey Miller bildirib.

A.Miller qeyd edib ki, Rusiya ilə Türkiyə təxminən iki il əvvəl bu barədə razılığa gəlmişdir: "Lakin biz əlavə olaraq 2 mlrd. kubmetr qazı "Türk axını" boru xətti ilə nəql edə bilərik".

Qeyd edək ki, "Mavi axın" Rusiyadan Türkiyəyə Qara dənizdən keçməklə qaz nəqli üçün nəzərdə tutulan boru xəttidir. Boru kəmərinin uzunluğu 1 200 km-dir. "Mavi axın" layihəsi ilə bağlı razılaşma Ankara ilə Moskva arasında 1997-ci ildə 25 illiyinə imzlanıb. Boru kəməri Türkiyəyə ildə 16 mlrd. kubmetr qaz ötürmə gücünə malikdir. Türkiyə bu boru xətti ilə 2003-cü ildən qaz alır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi