"Qazprom" "Türk axını" layihəsinin bərpası məqsədilə Türkiyədə danışıqlar aparacaq

"Qazprom" "Türk axını" layihəsinin bərpası məqsədilə Türkiyədə danışıqlar aparacaq "Qazprom"un rəhbəri Aleksey Miller avqustun 31-də Türkiyəyə səfər edəcək
Energetika
30 Avqust , 2016 16:33
Qazprom Türk axını layihəsinin bərpası məqsədilə Türkiyədə danışıqlar aparacaq

Bakı. 30 avqust. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti avqustun 31-də "Türk axını" layihəsinin bərpası məqsədilə Türkiyədə danışıqlar aparacaq.

"Report" xəbər verir ki, bu barədə TASS-a şirkətin başçısının müavini Aleksandr Medvedev məlumat verib.

"Danışıqlar faktiki olaraq gedir, bu proses hələ Türkiyənin iqtisadiyyat naziri ilə Rusiyanın energetika naziri arasında keçirilmiş görüşdə başlayıb. Bu prosesin bərpası haqqında razılıq əldə edilib. Sabah isə şirkətin rəhbəri Aleksey Millerin Türkiyəyə səfəri planlaşdırılır. O, səfər zamanı həmkarı ilə görüşəcək. Mən də ora getməyə hazırlaşıram. Proses faktiki olaraq işə düşüb", - deyə, o bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında avqustun 9-da Sankt-Peterburqda keçirilən danışıqların nəticələrinə görə, "Türk axını" layihəsi üzrə işləri bərpa etmək, işçi qrup yaratmaq və yol xəritəsini hazırlamaq barədə qərar qəbul edilib.

Qeyd edək ki, "Türk axını" layihəsinin dəniz hissəsinin hər biri 15,75 milyard kubmetr gücə malik dörd qoldan ibarət olacağı nəzərdə tutulmuşdu. Qaz boru kəməri "Cənub axını" köhnə dəhlizində 660 km və Türkiyənin Avropa hissəsi istiqamətində yeni dəhlizdə 250 km uzunluğa malik olmalı idi.

Son xəbərlər

Orphus sistemi