​"Qazprom" TAP qaz kəmərinin reallaşacağına şübhə ilə yanaşır

​"Qazprom" TAP qaz kəmərinin reallaşacağına şübhə ilə yanaşır Miller: "4 il əvvəl layihə iştirakçıları tədarükə 2017-ci ildə başlamağı planlaşdırırdılar"
Energetika
29 May , 2015 04:37
​Qazprom TAP qaz kəmərinin reallaşacağına şübhə ilə yanaşır

Bakı. 29 may. REPORT.AZ/ "Qazprom" əmindir ki, Avropanın qazdan asılılığı artacaq, Avropanın qaza olan tələbatının ödənilməsi üzrə 10 min km. radiusda onun rəqibi yoxdur.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə "Qazprom"un rəhbəri Aleksey Miller Beynəlxalq İşgüzar Konqressin illik yığıncağında bildirib.

O vurğulayıb ki, 2014-cü ilin yekunu üzrə Avropa İttifaqının qaz idxalının 2/3-si, istehlakının isə 30%-i "Qazprom"un payına düşüb.

"Avropa bazarlarında idxal tədarüklərində pay yalnız artacaq. Son 15 il ərzində idxal payı 17% artıb və növbəti 15 il ərzində analoji qədər də artacaq", - deyə o əlavə edib.

"Və buna görə də sual yaranır: Avropa hardan, hansı mənbələrdən qaz əldə edəcək?

Bir vaxtlar Avropa bazarında maye qaza ümidlər yaranmışdı, lakin Avropa maye təbii qaz (MTQ) uğrunda mübarizəni uduzdu", - deyə o bildirib və qeyd edib ki, Avropada MTQ-nin payı 30%-dən 17%-ə düşüb.

A.Miller, həmçinin Azərbaycandan Avropaya çəkilməsi nəzərdə tutulan TAP qaz kəməri layihəsi ilə bağlı da fikir bildirib. O qeyd edib ki, 4 il əvvəl layihə iştirakçıları tədarükə 2017-ci ildə başlamağı planlaşdırırdılar.

"Hazırda 2021-ci ildən danışırlar və 4 il ərzində hər il zaman əlavə olunur. Ekspertlərin rəyinə görə, bu tendensiya hələ davam edəcək", - deyə A.Miller bildirib.

Son xəbərlər

Orphus sistemi