"Qazprom" müqaviləyə xitam verilməsinə görə "Türkmənqaz"ı günahlandırır

"Qazprom" müqaviləyə xitam verilməsinə görə "Türkmənqaz"ı günahlandırır Bu barədə Rusiya konserninin avrobondlarının yeni buraxılışının memorandumunda məlumat verilib
Energetika
15 Mart , 2016 09:46
Qazprom müqaviləyə xitam verilməsinə görə Türkmənqazı günahlandırır

Bakı. 15 mart. REPORT.AZ/ 2016-cı il yanvarın 1-dən "Türkmənqaz" şirkətiylə alqı-satqı müqaviləsini ləğv edən "Qazprom" rəsmi Aşqabadı qəsdən müqavilənin ləğvi üçün şərait yaratmaqda ittiham edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya konserninin avrobondlarının yeni buraxılışının memorandumunda məlumat verilib.

"2016-cı ilin yanvarında "Türkmənqaz"ın müqaviləni ciddi şəkildə pozmasından sonra biz Türkmənistandan qaz tədarükünü dayandırdıq və müqaviləyə xitam verdik" - bu, "Qazprom"un məsələyə olan izahıdır. Başqa sözlə, Rusiya konserni müqaviləyə xitam verilməsinə görə, Türkmənistan tərəfini günahlandırır.

Xatırladaq ki, ilin lap əvvəlində "Türkmənqaz" "Qazprom eksport"un onları Türkmənistan təbii qazının idxalını dayandırmasıyla bağlı məlumatlandırdığını xəbər vermişdi.

Son xəbərlər

Orphus sistemi