"Qazprom" Çin ilə qaz təchizatının yeni marşrutları üzrə danışıqlar aparır

"Qazprom" Çin ilə qaz təchizatının yeni marşrutları üzrə danışıqlar aparır Bakı. 28 fevral. REPORT.AZ/ Qazprom qaz təchizatının yeni marşrutları ilə bağlı Çinlə sıx dialoq aparır.
Energetika
28 Fevral , 2019 11:22
Qazprom Çin ilə qaz təchizatının yeni marşrutları üzrə danışıqlar aparır
0 : 00
0 : 00

Bakı. 28 fevral. REPORT.AZ/ "Qazprom" qaz təchizatının yeni marşrutları ilə bağlı Çinlə sıx dialoq aparır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Qazprom eksport"un Baş direktoru Yelena Burmistrova bildirib.

"Çinlilərlə, adətən, elə də tez razılaşmırıq, bu nə yarım ildir, nə də bir il, daha üzün dövrdür. Amma danışıqlar intensiv şəkildə aparılır", - Y.Burmistrova deyib.

O xatırladıb ki, "Qazprom" Çinlə "Sibir gücü" üzrə qaz təchizatının artırılması, həmçinin yeni marşrutlar - "Sibir gücü-2" və Uzaq Şərq marşrutu üzrə təchizatın başlanmasına dair danışıqlar aparır.

Son xəbərlər

Orphus sistemi