“Qazprom” Azərbaycanda nümayəndəlik açılmasını təsdiqləyib

“Qazprom” Azərbaycanda nümayəndəlik açılmasını təsdiqləyib Bu barədə şirkətdən bildirilib
Energetika
144
6 Oktyabr , 2017 10:46
“Qazprom” Azərbaycanda nümayəndəlik açılmasını təsdiqləyib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiyanın “Qazprom” şirkətinin Direktorlar Şurası Azərbaycanda nümayəndəlik açılması məsələsinə razılıq verib.

“Report”un “Interfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətdən bildirilib.

“Qazprom” 2000-ci ildən 2006-cı ilə qədər Azərbaycana qaz nəql edib. Sonra qaz nəqli “Şahdəniz” qaz-kondensat yatağının işə düşməsi ilə əlaqədar dayandırılıb.

2010-cu ildən isə Azərbaycan Rusiyaya qaz nəql etməyə başlayıb. Bu qaz Dağıstanın qaz təminatı üçün istifadə olunub. 2013-2014-cü illərdə Azərbaycan qazının Rusiyaya nəqli təmir işləri ilə əlaqədar bir neçə dəfə dayandırılıb. 2015-ci ildən nəql həyata keçirilmir.

Son xəbərlər

Orphus sistemi