Yuxarı

Rusiyanın "Qazprom" şirkəti Azərbaycana qaz nəqlinə başlayıb

Müqavilə sentyabrda beş il müddətinə imzalanıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti sentyabrın 29-da Azərbaycana qaz nəqlinə başlayıb. Orta sutkalıq tədarük həcmi təqribən 6 milyon kubmetr təşkil edir.

"Report" xəbər verir ki, bu barədə "İnterfax"a şirkətdən məlumat verilib.

"Qazprom" nümayəndəsi məlumat verib ki, müqavilə uzadılma ehtimalı ilə beş il müddətinə sentyabrda imzalanıb. Müqavilə ilə il ərzində 2 mlrd. kubmetrədək qaz tədarükü nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi