Qazla təmin olunan abonentlərin sayı 2,036 mln.-u ötüb

Qazla təmin olunan abonentlərin sayı 2,036 mln.-u ötüb Bu il 27 554 yeni abonent qeydiyyata alınıb
Energetika
11 Aprel , 2017 16:00
Qazla təmin olunan abonentlərin sayı 2,036 mln.-u ötüb

Bakı. 11 aprel. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində 2017-cı ilin yanvar-mart ayları ərzində əhali sektoru üzrə 27 554 yeni abonent qeydiyyata alınıb.

"Report"a "Azəriqaz"dan verilən məlumata görə, bunun da 12 570-i Bakı, Abşeron və Sumqayıt, 14 984-i isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 036 014-ə çatıb.

Qeyd edək ki, 1 aprel 2017-ci il tarixə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi