Qazaxıstanda neft yatağının işçilərində koronavirus aşkarlanıb

Qazaxıstanda neft yatağının işçilərində koronavirus aşkarlanıb
Energetika
397
11 Aprel , 2020 16:22
Qazaxıstanda neft yatağının işçilərində koronavirus aşkarlanıb

Qazaxıstanın nəhəng “Tengiz” neft yatağının yaxınlığında yerləşən işçi düşərgələrindən birində 12 nəfər işçidə yeni növ koronavirus aşkarlanıb.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə yatağın operatoru “Tengizchevroil” şirkətindən bildirilib.

Qeyd edilib ki, bu, “Tengiz” yatağında əsas işlərə təsir etməyib və hasilat normal rejimdə davam etdirilir. Sahədəki işçilərin təhlükəsizliyinin təmin edilməsi və yatağın ərazisinə girişin məhdudlaşdırılması ilə bağlı tədbirlər görülüb.

Bu həftənin əvvəlində şirkətin və podratçıların işçilərinin növbəli olaraq yaşadığı 2 min çarpayılıq düşərgədə koronavirusa ilk yoluxma təsdiqlənmişdi.

Bu gün isə şirkət ilk yoluxmuş şəxsin təmaslarını araşdırdıqdan sonra daha 11 şəxsin xəstəliyə tutulduğunu açıqlayıb.

Şirkətdən verilən məlumata görə, düşərgə bağlanıb və işçilər yalnız 14 gün karantindən sonra “Tengiz” yatağına daxil ola bilərlər.

“Tengizchevroil” planlaşdırılan təmir işlərini gələn ilə təxirə salıb.