Qazaxıstanda yanacağın avtomobillə xaricə daşınmasına məhdudiyyət qoyulacaq

Qazaxıstanda yanacağın avtomobillə xaricə daşınmasına məhdudiyyət qoyulacaq Qazaxıstan hökuməti yanacağın ölkədən avtomobil nəqliyyatı vasitəsilə çıxarılmasına müvəqqəti qadağa qoymağı nəzərdə tutur.
Energetika
15 Avqust , 2019 12:44
Qazaxıstanda yanacağın avtomobillə xaricə daşınmasına məhdudiyyət qoyulacaq

Qazaxıstan hökuməti yanacağın ölkədən avtomobil nəqliyyatı vasitəsilə çıxarılmasına müvəqqəti qadağa qoymağı nəzərdə tutur.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, avqustun 23-dək keçiriləcək ictimai müzakirə üçün internetdə yerləşdirilən Energetika, Maliyyə, Daxili İşlər nazirliklərinin, Milli Təhlükəsizlik Komitəsinin birgə əmri layihəsində texniki normalara uyğun olaraq, yanacaq çənlərində, habelə 20 litrədək tutumlu başqa qablarda daşıma halları istisna olmaqla yanacağın xaricə daşınmasına 6 aylıq qadağa qoymaq nəzərdə tutulur.

Bundan əvvəl KİV-də benzin və dizel yanacağının qonşu Rusiya və Qırğız Respublikasından ucuz olduğu üçün sərhəddən xaricə daşınmasının getdikcə daha geniş vüsət aldığı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi