Qazaxıstan qaz limitinin tətbiqi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənir - VİDEO

Qazaxıstan qaz limitinin tətbiqi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənir - VİDEO Qaz təchizatında əhali qrupu üzrə illik limit tətbiqinə dair təcrübəni öyrənmək üçün Qazaxıstanın “KazTransQaz” Səhmdar Cəmiyyətinin baş direktorunun məsləhətçisi Azamat Maytievin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Energetika
9 Dekabr , 2019 12:15
Qazaxıstan qaz limitinin tətbiqi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənir - VİDEO

Qaz təchizatında əhali qrupu üzrə illik limit tətbiqinə dair təcrübəni öyrənmək üçün Qazaxıstanın “KazTransQaz” Səhmdar Cəmiyyətinin baş direktorunun məsləhətçisi Azamat Maytievin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

“Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, heyətdə “KazTransQaz” SC-nin Tarif siyasəti və investisiya layihələri üzrə departamentinin əməkdaşları Janar Aliyarbek, İsin Rustem TuleubaeviçAygül Kalimova yer alıblar. 

Onlar əvvəlcə Azərbaycan Energetika Nazirliyində görüş keçiriblər. Sonra “Azəriqaz” İstehsalat Birliyində olublar. Birliyin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İskəndərovla danışıqlar aparan Qazaxıstanlı ekspertlər öyrənmək istədikləri istiqamətlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. 

Daha sonra onlar Birliyin ayrı-ayrı şöbə və idarələrinin mütəxəssisləri ilə müzakirələrə qatılıblar.

“KazTransQaz” Səhmdar Cəmiyyətinin baş direktorunun məsləhətçisi Azamat Maytievin müsahibəsini buradan izləyə bilərsiniz: 

Son xəbərlər

Orphus sistemi