Qazaxıstan OPEC+ anlaşmasındakı öhdəliyini avqust ayında artıqlaması ilə yerinə yetirib

Qazaxıstan OPEC+ anlaşmasındakı öhdəliyini avqust ayında artıqlaması ilə yerinə yetirib Bu ölkə ötən ay sutkada 1,643 mln. barel neft hasil edib
Energetika
7 Sentyabr , 2017 10:54
Qazaxıstan OPEC+ anlaşmasındakı öhdəliyini avqust ayında artıqlaması ilə yerinə yetirib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Qazaxıstan bu ilin avqust ayında Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan ölkələrin hasilatı azaltmaq barədə anlaşması üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev açıqlama verib. 

Qeyd edək ki, anlaşma çərçivəsində Qazaxıstan sutkalıq neft hasilatını 2016-cı il noyabr ayındakı 1,7 mln. bareldən 1,68 mln. barelə endirməyi öhdəlik kimi qəbul edib. Bu rəqəm ötən ay 1,643 mln. barel təşkil edib. 

Son xəbərlər

Orphus sistemi