Qazaxıstan neftinin BTC ilə nəqli üçün danışıqlar aparılır

Qazaxıstan neftinin BTC ilə nəqli üçün danışıqlar aparılır Türkmənistan neftinin BTC ilə nəqli gələn il sabit qalacaq
Energetika
12 Oktyabr , 2017 16:12
Qazaxıstan neftinin BTC ilə nəqli üçün danışıqlar aparılır
Report/ Firi Salim

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəqli üçün danışıqları davam etdirir. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib. 

O qeyd edib ki, "SOCAR Trading" 2018-ci ildə Türkmənistan neftinin BTC ilə nəqli üçün saziş imzalayıb: "Gələn il builki kimi 3-4 mln. ton neft ixracı nəzərdə tutulur. Müqavilə iki il müddətinə - bu il və gələn il üçün imzalanıb".

Son xəbərlər

Orphus sistemi