Qazaxıstan neft hasilatının azaldılması öhdəliyini tam yerinə yetirmək niyyətindədir

Qazaxıstan neft hasilatının azaldılması öhdəliyini tam yerinə yetirmək niyyətindədir Qiymətləndirmə isə 6 ayın yekununda aparılacaq
Energetika
10 Aprel , 2017 12:45
Qazaxıstan neft hasilatının azaldılması öhdəliyini tam yerinə yetirmək niyyətindədir

Bakı. 10 aprel. REPORT.AZ/ Qazaxıstan OPEC üzvü olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq neft hasilatının azaldılması üzrə üzərinə götürdüyü öhdəliyə tam əməl edə biləcək.

“Report” "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Kozumbayev bildirib: “Qazaxıstan hasilatın azaldılması ilə bağlı yarımillik öhdəlik götürüb. Hesab edirik ki, bu öhdəliyi icra edə biləcəyik”.

Nazir vurğulayıb ki, bu məsələ ilə bağlı dəqiq metodologiya yoxdur, qiymətləndirmə isə 6 ayın yekununda aparılacaq.

Qeyd edək ki, ötən il Qazaxıstanın gündəlik 20 min barel hasilatı azaltmaq öhdəliyini götürdüyü barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi