Qazaxıstan neft hasilatını əvvəlki səviyyədə saxlayacaq

Qazaxıstan neft hasilatını əvvəlki səviyyədə saxlayacaq
Energetika
18 Mart , 2020 12:34
Qazaxıstan neft hasilatını əvvəlki səviyyədə saxlayacaq

Qazaxıstan neft hasilatını aprelin 1-dən sonra da əvvəlki səviyyədə saxlamaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin sözçüsü Sərikjan Yermentayev jurnalistlərə bildirib.

Nazirlik rəsmisi martın 16-na olan vəziyyətə görə ölkədə gündəlik hasilatın 1 886 min barel olduğunu deyib. 

Nazirliyin məlumatına görə, 2019-cu ildə 90,5 milyon ton olan neft hasilatının həcmi 2020-ci ildə də 90 milyon ton səviyyəsində gözlənilir.

Xatırladaq ki, bu ayın əvvəlində OPEC+ iştirakçısı ölkələri arasında koronavirusla bağlı tələbatın azaldığı bir dövrdə hasilatı daha 1,5 milyon barel azaltmaq təklifinə dair danışıqlar nəticəsiz qalandan sonra Səudiyyə Ərəbistanı Avropa bazarına dempinq qiymətilə böyük həcmdə neft çıxarmağa başladı.