Yuxarı
    Bağlamaq

    Qazaxıstan neft hasilatını azaltmağı düşünmür

    Qazaxıstan bu il hasilatı 1,5 mln. ton artırmağı planlaşdırıb

    Bakı. 12 oktyabr. REPORT.AZ/ Qazaxıstanın qarşısında neft hasilatını azaltmaq məsələsi durmur. "Report"un "RİA" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev verib.

    Nazir jurnalistlərə açıqlamasında Qazaxıstanı İstanbulda keçirilən OPEC ölkələrinin qeyri-formal görüşündə bu ölkədəki səfirinin təmsil edəcəyini bildirib: "Qazaxıstanın gündəliyində bu gün hasilatı azatmaq məsələsi yoxdur".

    Xatırladaq ki, Qazaxıstan 2016-cı il üçün neftin orta illik qiymət proqnozunu 30 dollardan 35 dollar/barelə qaldırıb. Həmçinin, bu ölkənin milli iqtisadiyyat naziri Kuandık Bişimbayev bu il Qazaxıstanın neft hasilatı proqnozunu 74 mln. tondan 2,02% artımla 75,5 mln. tona yüksəltdiyini bdirib. Buna səbəb kimi o, "Kaşaqan" neft yatağının tezliklə işə salınacağını göstərib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi