Qazaxıstan neft hasilatını artırdı

Qazaxıstan neft hasilatını artırdı Qazaxıstanda bu ilin dörd ayı ərzində neft hasilatı 26,96 milyon ton olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz çoxdur.
Energetika
21 May , 2020 12:54
Qazaxıstan neft hasilatını artırdı

Qazaxıstanda bu ilin dörd ayı ərzində neft hasilatı 26,96 milyon ton olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz çoxdur.

“Report” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, hesabat dövründə hasil olunan neftin 66,2 faizi Atırau vilayətinin, 21,8 faizi də Manğıstau vilayətinin payına düşüb.

İlin birinci rübündə ölkə 8,8 milyard ABŞ dolları məbləğində 18,3 milyon ton xam neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,8 faiz çoxdur. Qazaxıstan neftini ən çox idxal edən ölkələr İtaliya (5,1 milyon ton), Niderland (2 milyon ton), Hindistandır (1,54 milyon ton).

Eyni zamanda, OPEC+ formatı çərçivəsində may – iyun ayları ərzində neft hasilatını 9,7 milyon barel, sonrakı ilin axırınadək olan dövrdə isə 7,7 milyon barel azaltmaq barədə əldə edilmiş razılaşma çərçivəsində Qazaxıstan neft hasilatını 390 min barel azaltmalıdır.

Son xəbərlər

Orphus sistemi