Qazaxıstan da neft hasilatını azaldıb

Qazaxıstan da neft hasilatını azaldıb Qazaxıstan Vyana sammitində götürdüyü öhdəliyə tam əməl edib
Energetika
10 Yanvar , 2017 14:52
Qazaxıstan da neft hasilatını azaldıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Qazaxıstan yanvar ayında gündəlik neft hasilatını 20 min barel azaldıb. 

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, hasilatın azaldılması OPEC və qeyri-OPEC ölkələrinin 2016-cı il noyabrın 30-da Vyanada əldə etdiyi razılaşma çərçivəsində baş tutub. Qeyd edək ki, hasilatın azaldılması barədə açıqlama Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti tərəfindən yayılıb.

Xatırladaq ki, noyabrın 30-da Vyanada keçirilən sammitdə OPEC üzvü olmayan 11 ölkə, həmçinin Qazaxıstan gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik qəbul edib. Bu öhdəliyə görə, Qazaxıstan gündəlik hasilatı 20 min barel azaltmalıdır və indi yanvar ayında rəsmi Astana öhdəliyini tam icra edib.

Son xəbərlər

Orphus sistemi