Qazaxıstan Azərbaycana birgə müəssisənin yaradılmasını təklif edib

Qazaxıstan Azərbaycana birgə müəssisənin yaradılmasını təklif edib Bakı. 7 dekabr. REPORT.AZ/ Qazaxıstan Azərbaycanın neft-servis və maşınqayırma şirkətləri ilə birgə müəssisənin yaradılması təklifi ilə çıxış edib.
Energetika
7 Dekabr , 2017 17:55
Qazaxıstan Azərbaycana birgə müəssisənin yaradılmasını təklif edib
Qazaxıstanın energetika naziri Kanat Bozumbayev / Report/ Elshan Baba

Bakı. 7 dekabr. REPORT.AZ/ Qazaxıstan Azərbaycanın neft-servis və maşınqayırma şirkətləri ilə birgə müəssisənin yaradılması təklifi ilə çıxış edib.

"Report" xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan-Qazaxıstan Ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının XIV iclasından sonra keçirilən brifinqdə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev bildirib.

“Qazaxıstanda böyük neft-qaz layihələri həyata keçirilir. Müxtəlif ölkələrdən neft-servis şirkətləri Qazaxıstana işləməyə gəlir, birgə müəssisə yaradırlar. Bu gün tenderdə qalib gəlmək və bizneslərini inkişaf etdirmək üçün Azərbaycanın neft-servis və maşınqayırma şirkətlərinə birgə müəssisə yaratmağı təklif etmişik. Bu layihələrin həyata keçirilməsi yaxın 3 ildə mümkündür”, - deyə nazir qeyd edib.

K.Bozumbayev bildirib ki, bu həm Azərbaycana, həm də Qazaxıstana ikitərəfli investisiyaların yatırılmasına imkana verəcək və ticarət dövriyyəsinin həcmini artıracaq.

Nazir qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasındakı ticarət dövriyyəsinin həcmi mövcud potensiala cavab vermir: “Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 120 mln. dollar təşkil edib. Prezidentlərimiz yaxın bir neçə il ərzində bu göstəricinin ən azı ikiqat artırmağı tapşırıblar".

Son xəbərlər

Orphus sistemi