Qaz tranzitinə dair Ukrayna-Rusiya danışıqları baş tutmayıb

Qaz tranzitinə dair Ukrayna-Rusiya danışıqları baş tutmayıb Rusiya təbii qazının Ukrayna ərazisindən tranzitinə dair Ukraynanın energetika naziri Aleksey Orjelin təşəbbüsü ilə iki ölkə arasında bu günə nəzərdə tutulan danışıqlar baş tutmayıb.
Energetika
5 Dekabr , 2019 19:00
Qaz tranzitinə dair Ukrayna-Rusiya danışıqları baş tutmayıb

Rusiya təbii qazının Ukrayna ərazisindən tranzitinə dair Ukraynanın energetika naziri Aleksey Orjelin təşəbbüsü ilə iki ölkə arasında bu günə nəzərdə tutulan danışıqlar baş tutmayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyindən bildiriblər.

İki ölkə arasında qüvvədə olan tranzit müqaviləsinin müddəti dekabrın sonunda başa çatır, yeni uzunmüddətli müqavilənin isə 13 dekabra qədər imzalana biləcəyi deyilir. Rusiya tərəfi yeni müqavilə imzalamaq üçün qarşı tərəfin beynəlxalq məhkəmələrdəki iddialarından əl çəkməsini şərt qoyur, Ukrayna tərəfi isə bunu rədd edir. 

Qeyd edək ki, Ukraynanın dövlət neft-qaz şirkəti “Naftoqaz” Rusiyanın dövlət qaz şirkəti - “Qazprom”dan 22 milyard ABŞ dolları tranzit haqqı tələb edir. Rusiya tərəfi isə təklif olunan tranzit haqqının ifrat yüksək olduğunu bildirir.

Son xəbərlər

Orphus sistemi