Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin mütəxəssisi Teyyub Xəlilov tərəfindən aparılmış kurs zamanı iştirakçılar arasında diskussiyalar təşkil edilib, dinləyicilər qruplara bölünərək bir-birilərini audit ediblər.
Kursun sonuncu günü keçirilən imtahanın nəticələri müsbət qiymətləndirilib və iştirakçılar sertifikatlara layiq görülüblər. İSO 9001 standartı üzrə sertifikatların təqdimetmə mərasimində İdarənin rəisi Qağaməli Seyfullayev həyata keçirilən maarifləndirmə kurslarında personalın fəal iştirakını və müəssisədə beynəlxalq standartların tətbiqinə böyük marağın olduğunu qeyd edib.
O, qazanılmış dinləyici sertifikatlarının gələcəkdə Beynəlxalq Sertifikatlara layiq görülmək üçün önəmli sənədlərdən biri kimi qiymətləndirib. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəis müavini Natiq Şərbətov, Sumqayıt Təlim Mərkəzinin müdir müavini Teyyub Xəlilov çıxış edərək işçi personalın maarifləndirilməsi, onların bilik səviyyələrinin artırılması, sertifikatlaşdırılması kimi məsələlərin əhəmiyyətindən danışıblar.



