Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun V sammitində iştirak edəcək

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun V sammitində iştirak edəcək Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum-GECF) V sammitində iştirak etmək məqsədi ilə Ekvatorial Qvineyaya səfər edib.
Energetika
27 Noyabr , 2019 09:58
Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun V sammitində iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum-GECF) V sammitində iştirak etmək məqsədi ilə Ekvatorial Qvineyaya səfər edib. 

"Report" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, tədbir noyabrın 28-29-da bu ölkənin paytaxtı Malaboda keçiriləcək. Sammitdə qlobal qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsi, Bəyannamə imzalanması nəzərdə tutulur. 

Sammitlə yanaşı, nazirlərin ayrıca görüşü də olacaq. 

Son xəbərlər

Orphus sistemi