​“Qaradağ” yatağında yeni quyu qazılır

​“Qaradağ” yatağında yeni quyu qazılır 482 nömrəli quyuya sutkalıq 80 000 kubmetr qaz vurulacağı nəzərdə tutulur
Energetika
22 Sentyabr , 2014 18:03
​“Qaradağ” yatağında yeni quyu qazılır
Bakı. 22 sentyabr. REPORT.AZ/ “Qaradağ” yatağındakı 482 nömrəli qazvurma quyusunda qazma işlərinə başlanılıb. Bu barədə “Report”a ARDNŞ-nin mətbuat xidmətindən məlumat daxil olub.

Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 3350 metrdir.

Xatırladaq ki, 482 nömrəli quyuya sutkalıq 80 000 kubmetr qaz vurulacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi