Bakı. 24 dekabr. REPORT.AZ/ “Qaradağ” yatağındakı 487 nömrəli quyu qazmadan sonra istismara verilib. "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, məhsuldar qat çöküntülərinin VII horizontuna qazılmış quyu 2 960-2 943 metr dərinlik intervalından sutkalıq 100 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.