Yuxarı

Qaradağ rayonunda yaşayan müharibə veteranları ilə görüş keçirilib

Müharibə veteranlarından Atalar Baxşəliyevin və Yekaterina Şevaldovanın bayramları təbrik edilib

Bakı. 5 may. REPORT.AZ/ SOCAR-ın idarə və müəssisələrində faşizm üzərində tarixi qələbənin 70 illik yubileyi münasibətilə veteranlarla görüşlər keçirilir.

“Report” SOCAR-ın məlumatına əsasən bildirir ki, yubiley ərəfəsində SOCAR-ın Qaz emalı zavodunun nümayəndələri Böyük Vətən Müharibəsində iştirak etmiş veteranlara və uzun müddət neft sənayesində çalışan Qaradağ sakinlərinə baş çəkirlər. Bu günlərdə zavod kollektivinin nümayəndələri müharibə veteranlarından Atalar Baxşəliyevin və Yekaterina Şevaldovanın evlərində olub, onların bayramlarını təbrik edib, problemləri ilə maraqlanıblar.

Atalar Baxşəliyev 1943-cü ildə cəbhəyə getdiyini, Kiyev şəhərinin 25 kilometrliyində vuruşduğunu, Yelnya şəhəri ətrafındakı döyüşlərdə göstərdiyi şücaətlərə görə orden və medallarla təltif olunduğundan danışıb. Müharibədən sonra Bakıya gəlmiş Atalar Baxşəliyev 40 ilədək neft sənayesində (“Azneft” İstehsalat Birliyi, Qobustan Nəqliyyat İdarəsi) çalışıb. 1921-ci ildə Rusiya Federasiyası, Ulyanovsk vilayətində anadan olan Yekaterina Şevaldova da xatirələrini bölüşüb, 1942-ci ildə rabitəçi kimi cəbhəyə gedib, göstərdiyi yüksək xidmətlərə görə orden və medallarla təltif olunub. Müharibənin son gününə qədər cəbhədə olan Yekaterina Şevaldova daha sonra Bakıya gələrək neft sənayesində (Azneft Kəşfiyyat Qazma İdarəsi) çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi