Yuxarı
    Bağlamaq

    "Qaradağ" yatağında yeni quyunun qazılmasına başlanılıb

    Quyunun layihə dərinliyi 3 400 metr təşkil edir

    Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeraltı qaz anbarı kimi istifadə olunan "Qaradağ" yatağında yeni quyunun qazılmasına başlayıb.

    "Report"dan SOCAR-a verilən məlumata görə, 483 saylı bu quyunun layihə dərinliyi 3 400 metr təşkil edir. Quyunun istismara verilməsindən sonra sutka ərzində anbara 100 min kubmetr qaz vurulacaq. Quyunun qazılması Yeraltı qaz anbarlsrı İdarəsinin sifarişi ilə aparılır. 

    Qeyd edək ki, hazırda Azərbaycanda iki – "Qalmaz" və "Qaradаğ" yeraltı qaz anbarı var. "Qalmaz" yeraltı qaz anbarı Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib. "Qaradağ" yeraltı qaz anbarı 1954-cü ildə istismara verilib və Bakıdan 25 km cənub-şərqdə yerləşir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi