Yuxarı

​“Qaradağ” yatağında yeni quyu qazılır

482 nömrəli quyuya sutkalıq 80 000 kubmetr qaz vurulacağı nəzərdə tutulur

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Qaradağ” yatağındakı 482 nömrəli qazvurma quyusunda qazma işlərinə başlanılıb. Bu barədə “Report”a ARDNŞ-nin mətbuat xidmətindən məlumat daxil olub.

Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 3350 metrdir.

Xatırladaq ki, 482 nömrəli quyuya sutkalıq 80 000 kubmetr qaz vurulacağı nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi