Qaraçuxur qəsəbəsində qaz kəməri yenisi ilə əvəzlənir - VİDEO

Qaraçuxur qəsəbəsində qaz kəməri yenisi ilə əvəzlənir - VİDEO Video əlavə olunub.
Energetika
103
6 Mart , 2019 11:00
Qaraçuxur qəsəbəsində qaz kəməri yenisi ilə əvəzlənir - VİDEO

Video əlavə olunub.


İlk xəbər saat 11:00-da verilib.

Bakı. 6 mart. REPORT.AZ/ Bakı şəhərinin, həmçinin şəhərətrafı qəsəbələrin daşıyıcı və paylayıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, eləcə də hər bir istehlakçının mənzilinə müasir standartlara cavab verən yeni qaz sayğaclarının quraşdırılması istiqamətdə işlərin icrası davam etdirilir.

“Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, son zamanlar respublikada aparılan quruculuq işləri bütün yaşayış məntəqələrində olduğu kimi Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində də davam etməkdədir. Qəsəbədə yaradılan şərait nəticəsində yeni çoxmərtəbəli binaların və fərdi yaşayış evlərinin sayı durmadan artmaqda davam edir ki, bu da istehlakçıları təbii qazla təmin edən qaz kəmərlərinə normadan artıq qaz verilməsi zərurəti yaradır.

Abonentlərin artan tələbatını nəzərə alaraq “Azəriqaz” tərəfindən qəsəbənin qaz təchizatı sisteminin təkmilləşdirilməsi üçün layihə tərtib edilib və həmin layihəyə uyğun olaraq, Qaraçuxur qəsəbəsində “Qaraçuxur” qazpaylayıcı stansiyasından başlayaraq 400 mm-lik polietilen boru ilə yeraltı daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılıb. Uzunluğu 1400 metr olacaq qaz kəməri Etibar Bəkirov, Yusif Eyvazov, Cəlal Qurbanov və Əhməd Mehbalıyev küçələrindən keçərək 1941-45 adlanan parkın sonunda mövcud şəbəkəyə birləşdiriləcək.

Qeyd edək ki, bu kəmər həmin ərazidə istismarda olan və korroziyaya uğramış metal boru ilə çəkilmiş yeraltı qaz kəmərini əvəz edəcək. Hazırda həmin kəmərin 350 metrlik hissəsində işlər başa çatdırılıb, qalan hissənin çəkilməsi üçün isə torpağın qazılması və daşınması davam etdirilir.

“Azəriqaz” bildirir ki, yeni qaz kəmərinin çəkilişi ilə əlaqədar qeyd olunan ərazinin qaz təchizatında heç bir məhdudiyyət yoxdur. Aparılan işlərin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulub. Görülən işlər nəticəsində Qaraçuxur və Yeni Günəşli qəsəbələrində ümumilikdə 15 000-ə yaxın abonentin fasiləsiz, keyfiyyətli və dayanıqlı təbii qazla təmin olunmasına zəmin yaradacaq.

Son xəbərlər

Orphus sistemi