“Qarabağ” yatağında qiymətləndirmə quyusu qazılacaq

“Qarabağ” yatağında qiymətləndirmə quyusu qazılacaq Bakı. 9 fevral. REPORT.AZ/ Xəzəri dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağı akvatoriyasında qiymətləndirmə quyusunun qazılması layihəsi üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədi ilə əlaqədar ictimai dinləmə keçiriləcək.
Energetika
9 Fevral , 2018 14:40
“Qarabağ” yatağında qiymətləndirmə quyusu qazılacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Xəzəri dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağı akvatoriyasında qiymətləndirmə quyusunun qazılması layihəsi üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədi ilə əlaqədar ictimai dinləmə keçiriləcək.

“Report” xəbər verir ki, ictimai dinləmə martın 2-də saat 10:00-da Neftçilər prospekti,73 ünvanında yerləşən “Azneft” İB-nin inzibati binasında olacaq.

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi “28 May” Neft-Qaz Çıxarma İdarəsinin “Qarabağ” yatağı akvatoriyasında qiymətləndirmə quyusunun qazılması layihəsi üzrə hazırlanmış ƏMTQ sənədi ilə əlaqədar maraqlı tərəfləri ictimai dinləməyə dəvət edir.

Görüş “Azneft” İB və Ekologiya İdarəsi tərəfindən təşkil olunur. Tədbirdə SOCAR-ın Ekologiya İdarəsinin və “Azneft” İB-nin mütəxəssisləri tərəfindən layihə haqqında ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq və təklifləri dinləniləcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, “Qarabağ” yatağı Bakıdan 130 km şərq istiqamətində yerləşir. Yatağın ərazisində dənizin dərinliyi 180 metr təşkil edir.

Son xəbərlər

Orphus sistemi