"Qara Dəniz Terminalı"nda ilk boru təmizləmə əməliyyatlarına başlanılıb

"Qara Dəniz Terminalı"nda ilk boru təmizləmə əməliyyatlarına başlanılıb Əməliyyatlarla bağlı əməkdaşlara müvafiq təlimlər keçirilib
Energetika
19 Avqust , 2016 16:57
Qara Dəniz Terminalında ilk boru təmizləmə əməliyyatlarına başlanılıb

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Qara Dəniz Terminalı" MMC (Kulevi, Gürcüstan) bu yaxınlarda texniki boru kəmərində boru təmizləmə qurğusunun quraşdırılmasını başa çatdırıb və avadanlığın istismara verilməsindən sonra ilk əməliyyatlara başlayıb.

"Report" terminala istinadən xəbər verir ki, əməliyyatlarla bağlı əməkdaşlara müvafiq təlimlər keçirilib.

Qeyd edək ki, bu qurğular bir çox ölkədə neft və qaz kəmərlərində intensiv istifadə olunur. Bu qurğudan boruda axan məhsulu dayandırmadan istifadə edilir.

"Bu qurğunun quraşdırılması korroziyanı azaldacaq, neft və neft məhsullarının yüklənib boşaldılması xidmətlərini optimallaşdıracaq, eyni zamanda məhsulun keyfiyyətini qoruyacaq", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci il mayın 16-da istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi