“Qalmaz” yeraltı qaz anbarı sahəsində texniki müşavirə keçirilib

“Qalmaz” yeraltı qaz anbarı sahəsində texniki müşavirə keçirilib Bakı. 22 fevral. REPORT.AZ/ “Qalmaz” yeraltı qaz anbarı sahəsində texniki müşavirə keçirilib.
Energetika
22 Fevral , 2019 16:05
“Qalmaz” yeraltı qaz anbarı sahəsində texniki müşavirə keçirilib

Bakı. 22 fevral. REPORT.AZ/ “Qalmaz” yeraltı qaz anbarı sahəsində texniki müşavirə keçirilib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən bildirilib. 

Məlumata görə, müşavirə qaz anbarlarının həcminin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə tanış olmaq məqsədi daşıyıb və “Azneft”in iştirakı ilə baş tutub. 

İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyət öncə “Qalmaz” yeraltı qaz anbarı sahəsinə baxış keçiriblər, daha sonra isə sözügedən sahənin inzibati binasında texniki müşavirədə iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi