​Putin və Miller "Türk Axını" layihəsini müzakirə edəcəklər

​Putin və Miller "Türk Axını" layihəsini müzakirə edəcəklər Həmçinin V.Putin və R.Ərdoğanın Bakı görüşünün nəticələrinə diqqət yetiriləcək
Energetika
15 İyun , 2015 11:43
​Putin və Miller Türk Axını layihəsini müzakirə edəcəklər

Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün Rusiya prezidenti Vladimir Putin "Qazprom" ASC-nin prezidenti Aleksey Milleri qəbul edəcək. "Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

D.Peskovun sözlərinə görə, görüşdə V. Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iyunun 13-də Bakıda keçirilmiş görüşünün nəticələri müzakirə olunacaq: "Bu gün Putinin Ərdoğanla keçirdiyi görüş müzakirə ediləcək. Müllerin ekspertlərlə şəxsi görüşlərinin keçirilməsi gözlənilir".

D.Peskov Rusiya və Türkiyə prezidentlərinin Bakı görüşünün nəticələri haqqında danışarkən "Türk Axını" layihəsi başda olmaqla əsas enerji layihələrini ələ aldıqlarını açıqlayıb.

"Onlar atom elekrik stansiyasının tikintisi ilə bağlı texniki məsələləri müzakirə ediblər. Bunlar böyük həcmli layihələrdir və texniki problemlər hər zaman var", - deyən D.Peskov Türkiyənin Mersin şəhərində yerləşən Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı yaranan problemlər haqqında açıqlama verərkən bildirib.

Son xəbərlər

Orphus sistemi