Putin Türkiyədə qaz qovşağını real layihə adlandırıb

Putin Türkiyədə qaz qovşağını real layihə adlandırıb Rusiya Prezidenti Vladimir Putin Türkiyədə qaz qovşağının yaradılmasını tez bir zamanda işə salına bilən real layihə adlandırıb.
Energetika
1 Noyabr , 2022 04:07
Putin Türkiyədə qaz qovşağını real layihə adlandırıb

Rusiya Prezidenti Vladimir Putin Türkiyədə qaz qovşağının yaradılmasını tez bir zamanda işə salına bilən real layihə adlandırıb.

"Report" xəbər verir ki, bu barədə o, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan başçıları arasında üçtərəfli danışıqlardan sonra jurnalistlərə bildirib.

Putin əlavə edib ki, qaz alıcıları həmişə var, çünki qaz dünyada çox tələb olunan məhsuldur. Rusiya liderinin sözlərinə görə, Türkiyə qaz qovşağının həyata keçirilməsindən sonra müqavilə bağlamaq istəyən kifayət qədər alıcı meydana çıxacaq.

“Bilirəm ki, çoxlu istehlakçılar var və Rusiya qazını almaq istəyənlər də çoxdur. Görək bu qış, gələn qış necə olacaq. Amma əminəm ki, müqavilələr imzalanacaq. Sonda biz və Avropa ölkələri dünyanın digər regionlarını çatdırılma üçün tranzit ölkələr kimi istifadə edə bilərik. Amma şübhə etmirəm ki, Avropada da bunu istəyənlər çox olacaq”, - Putin deyib.

Onun sözlərinə görə, Rusiya Avropa İttifaqı (Aİ) ilə birbaşa işləyə bilmədiyi üçün Türkiyəni qaz qovşağı kimi seçib.

“Niyə biz Türkiyəni qaz tədarükü üçün mümkün mərkəz kimi seçdik? Mənə elə gəlir ki, bunu niyə təklif etdiyimiz aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir”, - Prezident qeyd edib.

Son xəbərlər

Orphus sistemi