Proqnoz: Neftin qiyməti yenidən 20-30 dollar/barelə geriləyəcək

Proqnoz: Neftin qiyməti yenidən 20-30 dollar/barelə geriləyəcək S.Ərəbistanı gələcəkdə neft hasilatının azaldılması proqramından çıxacaq
Energetika
18 May , 2017 09:39
Proqnoz: Neftin qiyməti yenidən 20-30 dollar/barelə geriləyəcək

Bakı. 18 may. REPORT.AZ/ "2030-cu ilə neftin qiyməti sıfıra bərabər olsa belə, mənim üçün fərqi yoxdur". "Report" "RİA" agentliyinə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cadan "CNNMoney" kanalına müsahibəsində bildirib: "Əslində, 2020-ci ildə də mənə fərqi yoxdur neftin qiyməti 40, 45, 50 yoxsa 55 dollar olacaq. Çünki, biz neftdən asılılığı azaltmaq yolunda önəmli addımlar atmışıq. Son 40-50 il ərzində sürən bu asılılığı tamamilə aradan qaldırmağı planlaşdırırıq".

Xatırladaq ki, S.Ərəbistanı neftdən asılılığın azaldılması məqsədi ilə 2016-cı ildə plan hazırlayıb. Plana əsasən, neft emalı gücü hazırkı 3,1 mln. barel/gündən 2020-ci ilə qədər 3,3 mln. barel/günə çatdırılacaq. Həmçinin, bərpa olunan enerji ilə ölkə enerji istehsalının 4%-i təmin ediləcək. 2020-ci ilə qədər su və elektrik subsidiyalarının azaldılması ölkəyə 200 mlrd. rial və ya 53 mlrd. ABŞ dolları qazandıracaq. Bununla yanaşı, ölkə neft hasilatını azaltmayaraq 2020-ci ilə qədər 12,5 mln. barel/günə çatdırmağı dəstəkləyəcək.

"Report"un analitik qrupu bildirir ki, S.Ərəbistanının maliyyə naziri tərəfindən verilən bu açıqlama ölkənin gələcəkdə neft hasilatını artıraraq OPEC və ona daxil olmayan ölkələrin hasilatı azaltmaqla bağlı anlaşmasından çıxa biləcəyini göstərir. Proqnozlar onu göstərir ki, yaxın bir neçə ildə neftin qiyməti yenidən 20-30 dollar/barelə geriləyəcək. 

Son xəbərlər

Orphus sistemi