​Proqnoz: Neftin qiyməti hələ uzun müddət 40 dollara düşməyəcək

​Proqnoz: Neftin qiyməti hələ uzun müddət 40 dollara düşməyəcək Lakin qiymətin 60 dollar/barel həddini keçməsinə imkan verilməyəcək
Energetika
15 İyul , 2015 10:01
​Proqnoz: Neftin qiyməti hələ uzun müddət 40 dollara düşməyəcək

Bakı. 15 iyul. REPORT.AZ/ "6-lıq ölkələrinin" İranla nüvə anlaşması hələ uzun müddət dünya bazarında neftin qiymətini 40 dollar/barelə düşürə bilməyəcək. "Report" xəbər verir ki, bunu "Saxo Capital Turkey" şirkətinin beynəlxalq bazarlar üzrə direktoru Özgür Hatipoğlu bildirib.

Ö.Hatipoğlu İranın Fars körfəzində yığdığı neft ehtiyatlarının bazarda satışa çıxarması prosesi bir qədər vaxt aparacaq. İranla bağlı dünənki anlaşma xəbəri isə əmtəə bazarları tərəfindən artıq qiymətlərə daxil edilib.

"Uzun müddətdə neft 40 dollar/barelə enməz. Lakin 60 dollar/bareldən yuxarı çıxdıqda, İranla bağlı xəbərlər xatırlanaraq qiymətlərə təzyiq artacaq. Hazırda neft traderlərin daha çox rəğbət göstərdiyi bir maliyyə instrumentinə çevrilib, çünki orta müddətdə maksimal və minimal həddi ehtimal olunandır", - deyə "Saxo Capital Turkey" rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi